28 Fevral 2021 08:36
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ölkədən və BMT-dən olan alimlər belə qənaətə gəliblər ki, karbon qazı tullantılarının azalmasının indiki templəri ilə Yer kürəsində temperatur 1,5 dərəcədən çox artacaq. Tədqiqatçılar bu vəziyyəti “qırmızı xəbərdarlıq” adlandırırlar.

Teleqraf.com xəbər verir ki, alimlərin beynəlxalq komandası hesab edib ki, ölkələr karbon tullantılarının miqdarının azaldılması üzrə sərt siyasət yürütməyə başlamazlarsa, planet 1,5 dərəcədən çox isinəcək. Onların məlumatlarına görə, hökumətlər 2030-cu ilə qədər tullantıları iki dəfə azaltmalıdır ki, Yer “təhlükəsiz” 1,5 dərəcə kandarında qalsın.

Lakin, onların fikrincə, BMT-yə təqdim olunan milli strategiyalara əsasən, emissiyalar yalnız 2030-cu ilə qədər sabitləşəcəkdir. BMT Baş katibi Antonio Guterres, bu vəziyyəti Yerin gələcəyi üçün “qırmızı həyacan” adlandırıb.

“Məlumatlar göstərir ki, hökumətlərdən heç biri iqlim dəyişikliyini tələb olunan 1,5 dərəcəyə qədər məhdudlaşdıraraq Paris Sazişində nəzərdə tutulan səviyyəyə yaxınlaşmayıb”, - deyə o qeyd edib.

Alimlərin fikrincə, emissiyalar iki dəfə azaldılmalıdır, lakin hazırkı vəziyyətdə bu kifayət deyil. Tədqiqatçıların qeyd etdiyi kimi, bəzi ölkələr hətta iqlim planını da təqdim etməyiblər. Digərləri isə, məsələn, Avstraliya, əvvəlki islahatlarla müqayisədə irəliləyişlər təklif etmədiklərini düşünürlər

Bununla yanaşı, Meksika və Braziliya emissiyaların sayını praktiki olaraq azaltmadıqları üçün tənqid olunurlar. Eyni zamanda, Avropa İttifaqı ölkələri, emissiyaları 40 faizdən 55 faizə qədər azaldaraq daha böyük sıçrayışa nail olublar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər