Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə İsmaylıllı rayonu 1 saylı uşaq bağçası və körpələr evində tərbiyəçinin körpəyə qarşı şiddət göstərdiyini əks etdirən görüntülər yayılıb. Görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur.
Teleqraf.com məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Sənədlər və vətəndaşlarla iş şöbəsinin müdiri Nazim Səfərov bildirib ki, bu barədə onlarda məlumat yoxdur: "Bağçalar artıq icra hakimiyyətləri yox, təhsil şöbələrinin tabeliyindədir. Biz məsələdən bu səhər agah olmuşuq".
Qeyd edək ki, məsələ Təhsil Nazirliyi tərəfindən araşdırılır. Qurumun yaxın zamanlarda açıqlama verəcəyini gözlənilir.