7 Mart 2023 10:15
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Salyan rayonunda görüşü təşkil olunacaq.

Teleqraf.com xəbər verir ki, aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” mart ayının 9-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Yeganə Oqtayqızı