9 İyun 2016 12:34
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında 21-26 dərəcə intervalında temperatur müşahidə ediləcək.

Bunu Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, dünən Bakıda və Abşeron yarımadasında hava sərin olsa da, temperatur iqlim normasına uyğun olub.

G.Məmmədova əlavə edib ki, dünən havanın maksimal temperaturu 21-26 dərəcə isti olub ki, bu da iqlim norması daxilindədir: "İyun ayında belə sərin hava şəraiti ötən illərin iyun aylarında da müşahidə edilib".


Müəllif:

Oxşar xəbərlər