20 İyun 2016 18:13
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ilk dəfə keçirilən Formula 1 Avropa Qran Prisi səbəbindən bağlanmış küçələrin böyük əksəriyyəti iyunun 21-i səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün birdəfəlik açılacaq.

Bu barədə Teleqraf.com-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Hökumət Evinin ətrafında müvəqqəti quraşdırılmış tikililərin sökülməsi ilə əlaqədar Azadlıq meydanı ətrafında olan prospekt və küçələrdə isə nəqliyyatın hərəkəti üçün tətbiq olunan qadağa iyunun 22-dək qüvvədə qalacaq.

Bağlı yollara aşağıdakılar daxildir:

Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsindən Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsinədək;

Aleksandr Puşkin küçəsinin Neftçilər prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsinədək;

Üzeyir Hacıbəyov küçəsinin Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsindən Azadlıq prospekti ilə olan kəsişməsinədək;

Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsindən Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsinədək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərinin yarış ərəfəsində göstərdiyi anlayışa və dəstəyə görə öz dərin minnətdarlığını bildirir və qeyd edir ki, Avropa Qran Prisi ilə əlaqədar trek ətrafında müvəqqəti quraşdırılmış bütün obyektlər və baryerlər tezliklə sökülərək şəhərin əvvəlki görkəmi bərpa olunacaq.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər