19 İyul 2016 08:06
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 18-də Beyləqan rayonunun Şərq qəsəbəsinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

Teleqraf.com-a SOCAR-dan verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edibər.

Bildirilib ki, 400 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 12 570 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonenetlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sakinlər Şərq qəsəbəsinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər