Qəbələdə zəlzələ baş verib.
Teleqraf.com-un Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, iyulun 23-də saat 17:49-da Qəbələ şəhərindən 46 km şimal-qərbdə Qəbələ ərazisində 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 19 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.