28 İyul 2016 00:53
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-da Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü, İDEA İctimai Birliyi və “Azərsun Holdinq” MMC-nin dəstəyi ilə “Ailə günü” adlı tədbir keçıriləcək.

“Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, tədbirin proqramında müxtəlif yaş həddləri nəzərə alınmışdır. İştirakçılar Azərbaycan xalçaçılığı, dekotativ-tətbiqi sənətinin tarix və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.

Məlumat üçün bildirək ki, “Ailə günü” adlı tədbirdə “Hemofiliya və talassemiya” pasientləri tam olaraq ödənişsiz iştirak edə bilər.

İştirakçıları tədbirdə əməkdaşlarımızın köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması; saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi; dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.

Tədbirimizə qoşulan iştirakçılar məşhur xalçaçı-rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı əldə edəcəklər. Tədbir zamanı muzeyin əməkdaşı Püstə Ağayeva tərəfindən “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirə səsləndiriləcək və muzeyimizə mini ekskursiya təşkil olunacaq. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 20:00-dək keçirilməsi nəzərdə tutulur. Biletləri muzeyin kassasından əldə edə bilərsiniz:


Müəllif:

Oxşar xəbərlər