15 Avqust 2016 14:49
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər.

Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu təhsil ocağında təşkil edilmiş dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar.

TQDK-dan dini-psixoloji komissiya Bakı İslam Universitetində avqustun 15-dən 17-dək saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Bakı İslam Universitetinin məsul katibi Hafiz Abbasov Teleqraf.com-a açıqlamasında bildirib ki, universiteti seçən tabituriyentlər dini-psixoloji komissiyadan keçmələrində məqsəd onların dinə marağının nə səviyyədə olmasını yoxlamaqdır: “Abituriyentlərin dini biliklərini mükəmməl səviyyədə olması əsas deyil. Sadəcə məqsəd onların dinə münasibətinin, marağını öyrənməkdir. Onların necə dindar ola biləcəyi bu yolla müəyyənləşir. Psixoloji cəhətdən də onların bu dinə neçə yanaşdığı yoxlanır. Sonra komissiya üzvləri qərar verir ki, gələcək də bu dindar ola bilər, yoxsa yox”.

Hafiz Abbasov deyir ki, komissiya 5 üzvdən ibarətdir: “TQDK-dan 1 psixoloq, 1 nəzarətçi, universitetdən də 3 müəllim komissiyaya daxildir. Onlardan biri katibdir. Bakı İslam Universitetinə neçə nəfərin qəbul oluncağı komissiyanın qərarından asılıdr”.

Bu il Bakı İslam Universitetinə 125 tələbə yeri verilib. Abituriyentlərdən 100 nəfəri əyani, 25 nəfəri isə qiyabı təhsil ala biləcəklər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər