“Elmlər Akademiyası” stansiyasının əsas girişi sentyabrın 15-də sərnişinlərin istifadəsinə veriləcək.
Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, 2016-ci ilin aprel ayının 15-dən “Elmlər Akademiyası” stansiyasının birinci vestibülü təmirə bağlanıb: “Təmirdə əsas məqsəd istifadə müddəti bitmiş “ET-3” tipli 3 eskalatorun dəyişdirilməsi idi. Eyni zamanda vestibüldə təmir işləri aparılmalı idi. İşlər yekunlaşmaq üzrədir. Hazırda son tamamlanma işləri gedir. Birinci vestibül plan üzrə oktyabrın 10-da açılmalı idi. Ancaq biz qış qrafikinə keçid və sərnişin sıxlığını nəzərə alaraq stansiyanın əsas girişini sentyabrın 15-də istifadəyə verməyi planlaşdırırıq”.
İlhamə ƏBÜLFƏT