Bu gecə yerli vaxtla 02:52:25-də Qubada zəlzələ qeydə alınıb.
Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 3,6 bal olub.
Yeraltı təkanların episentri Qubadan 24 kilometr cənub-şərqdə, 44 kilometr dərinlikdə yerləşib.
Samir