29 Noyabr 2016 16:37
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektrik enerjisinin qiymətlərinin qalxması metronun xərclərini artıracaq”.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, qatarlar, eskalatorlar, işıqlandırma sistemləri elektriklə işləyir: “Bir sərnişinin daşınma xərci gediş haqqından bahadır. Bu, uzun müddətdir belədir. Ancaq hökumətin sosialyönümlü siyasəti nəticəsində metro zərəri ödəmək üçün subsidiya alır. Bu istiqamətdə hər hansı bir problem olmadığına üçün fəaliyyətimiz normal qaydada davam edir”.

Nəsimi Paşayev qeyd edib ki, “Bakı Metropoliteni” QSC tərəfindən metroda gediş haqlarının artırılması ilə Tarif Şurasına heç bir müraciət edilməyib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər