Bakının Nəsimi rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü Aygün İsmayılova "20 Yanvar" metrostansiyasının qarşısında çoxlu sayda dərman qəbul edib.
Aygün İsmayılova dərman zəhərlənməsi ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatının xilas etmək mümkün olub.
İlkin məlumata görə, Aygün İsmayılova intihar etmək məqsədilə dərman içib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov