“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşı “Region” Beynəlxalq Analitik Mərkəz Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətinin bacarıqlarının inkişafı layihəsi” çərçivəsində 3 Mart 2017- ci il “Hökumətlə görüş” mövsusunda tədbir həyata keçirib.
Tədbirin mövzusu “Hökumətlə görüş” silsiləsi çərçivəsində aparılan informasiya alıb-vermə, sual-cavab və təkliflər formatında olub.
Tədbirin məqsədi vətəndaş cəmiyyəti təmsilçilərinin və hökumətin təmaslarının gücləndirilməsinə töhvə vermək, birtərəfli məlumatların yayılmasının qarşısını almaq və müzakirə nəticəsində daha ciddi irəliləyişlərə nail olmaq üçün səy göstərməkdir.
Müzakirələrdə aşağıdakı mövzulara geniş yer verilib.
1. Vətəndaş cəmiyyətinin inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılmasının zərurət olması;
2. “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər;
3. Prezident İlham Əliyev 2016-cı ilin oktyabrında 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Nazirlər Kabineti fərmana uyğun olaraq yanvarın 12-də “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə qərar verib. Bu qərarın Azərbaycanın vətəndaş cəmiyyətinə hansı şəkildə yeni nəfəs gətirə bləcəyi müzakirə ediləcək. Bu məsələnn Ədliyyə Nazirliyinin təmsilçisi tərəfidnən geniş şərh edilməsi iştirakçılar üçün çox vacibdir;
4. QHT-lər üçün dövlət tərəfindən təmin edilən ictimai binaların (QHT Evi) tikilməsi. İlkin olaraq 300-400 QHT ofisinin yerləşə biləcəyi QHT Binasının tikilməsi mümkünülüyünün müzakirəsi;
5. QHT-lər üçün qeydiyyat problemləri;
6. Hökümət-QHT Dialoqunn spektrinin genişləndirilməsi potensialının müzakirəsi;