28 Mart 2017 12:01
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan hökuməti mənim bu ölkəyə daxil olmağıma qoyduğu qadağanı aradan qaldırmayıb”.

Bunu Teleqraf.com-a əslən borçalıdan olan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstan ziyalı və alimlərinin onun müdafiəsinə yönələn təşəbbüsləri var: “Bu ziyalılar uzun illər bizim fəaliyyətimizi izləyib. Bizim Gürcüstanı təhdid edən fikir və mövqeyə sahib olmadığımız qənaətinə gələrək, məni Beynəlxalq Akademiyanın üzvü seçiblər. Bu mənə dəstək jestidir. Mənim iki xalq və dövlət arasındakı dostluq münasibətlərinin inkişafındakı xidmətlərimi nəzərə alaraq bu addımı atıblar. Amma Gürcüstan siyasi hakimiyyəti ənənəvi olaraq əvvəlki mövqeyində qalıb”.

Cəmiyyət sədri əlavə edib ki, son dövrlər müəyyən yumşalmaları da müşahidə edir: “Ziyalıların ortaya çıxması müsbət nəticə əldə etməyə ümid edir. Bu ziyalılar gürcü alimləridir, məşhur şəxslərdir. Onlar Gürcüstanda tanınan insanlardır. Bildiyim qədər Gürcüstan prezidenti, digər şəxslərlə görüşmək niyyətindədirlər. Mən də ümid edirəm ki, bu proses gedəcək və sonda müsbət nəticə əldə ediləcək”.

Cavad


Müəllif:

Oxşar xəbərlər