14 Aprel 2017 15:53
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqlar arasında inkişaf problemləri və autizm spektr pozulmalarının rastgəlmə tezliyinin artmasını nəzərə alan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi açılıb.

Universitetin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yeni fəaliyyətə başlayan mərkəzin rəhbəri Nigar Sədiyeva fəaliyyətlərinin təkcə klinik deyil, elmi və tədris sahədə də olacağını bildirib: “Mərkəzdə uşaqların inkişaf problemləri, pediatrik və psixi xəstəliklərin erkən diaqnostikası və müalicəsi həyata keçirilir.

Mərkəz ölkədə xüsusilə, neyroinkişaf problemlərinə multidisiplinar yanaşmanı təmin etməyi qarşıya məqsəd qoyur və tədris prosesi ilə yanaşı, elmi əsaslar üzərində fəaliyyət göstərməyi, digər ölkələrdəki analoji mərkəzlərlə əməkdaşlıq edəcək və beynəlxalq təcrübənin qabaqcıl nümunələrini tətbiq edəcək”.

Onun dediyinə görə, mərkəzin üç həkimi ABŞ-da təhsil alıb və inkişaf pediatriyası bölmələrində ixtisasartırma kursları keçib.

Mərkəz dörd nəfərlik həkim briqadasından və həkim rezidentlərdən ibarətdir. Həkim briqadasına Tibb Universitetinin əməkdaşları-psixiatr İkram Rüstəmov, pediatr Nigar Sədiyeva, assistent Nərmin Quliyeva və uşaq nevroloqu Rima İbadova daxildir.


Müəllif:

Oxşar xəbərlər