Bu keçidlər insanlar üçün heç də təhlükəli deyil.
Bu sözləri paytaxt ərazisində salınan yüngül konstruksiyalı yeni piyada keçidləri haqda Teleqraf.com-a danışarkən “Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov deyib.
Ekspert bu keçidlərin nəinki təhlükəli olduğunu, əksinə, daha məqsədəuyğun sayıldığını deyib:
“Bu keçidlər insanlar üçün heç də təhlükəli deyil. Əksinə, keçidlər bu cür olmalıdır. Bu vaxta qədər tikilən digər keçidlərin üstü və ətafı şüşə ilə örtülüdür. Onlar əlavə xərcdir. Keçidlərin tikintisi dövlət büdcəsini yükləməməlidir. Əslində, keçidlər indiki kimi olmalıdır. Normal sadə dəmir konstruksiyadan ibarət keçiddir. Kənarlarında və pilləkənlərində də məhəccər var. O ki qaldı ustunun açıq olmağına, onsuz piyada yolla gedəndə də onun başına yağış, qar yağır. Yerüstü keçiddə yıxılma halı ola bilməz. Uşaqlar, azyaşlılar nəzarətsiz olmamalıdır. Olsa da, məhəccərlər var. Hər halda valideynlər də nəzarət etməlidirlər. Ümumilikdə heç bir təhlükə yoxdur. Bu cür yerüstü keçidlər yüngül, tez başagələndir”.
Şəfiqə Nazimqızı