25 Aprel 2017 12:27
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, dəyişikliklər haqqında deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, qanuna təklif olunan dəyişikliklər Konstitusiyaya edilən dəyişikliklərlə bağlıdır: “Konstitusiyaya edilən dəyişikliyə əsasən, I vitse-prezident vəzifəsi təsis edilib. Hörmətli Mehriban xanım Əliyeva I vitse-prezident təyin edilib. I vitse-prezidentin xidmətində olan dövlət qulluçularının statusu bu qanunla müəyyən ediləcək. Qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyev tərəfindən göndərilib. Layihədə I vitse-prezidentin xidmətində olacaq inzibati vəzifələr, müşavirlər, köməkçi və digər strukturlarda çalışanların statusunun “Dövlət qulluğu haqqında” qanunla müəyyən edilməsi nəzərdə tutulut”.

Layihəyə əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır. İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.

Deputatlar “Dövlət qulluğu haqqında” Qanununa təklif olunan dəyişiklikləri dəstəkləyib.

Cavad


Müəllif:

Oxşar xəbərlər