Teleqraf.com xəbər verir ki, yanğın 2015-ci il mayın 19-da səhər saat 10:30-da başlayıb.
Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər yaralanıb. Yanğına səbəb binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir.
Hadisənin ardından Prezident İlham Əliyevin nəzarəti altında xüsusi komissiya yaradılıb. Yanğın nəticəsində həlak olanların, evini itirənlərin ailələrinə kompensasiyalar ödənilib, günahkarlar məsuliyyətə cəlb olunaraq cəzalandırılıb.