Bununla bağlı həm psixoloji, həm də sosioloji araşdırmalar aparılır. Kitablar yazılır, tövsiyyələr hazırlanır. Belə olduğu təqdirdə hamını bir sual düşündürür. Biz sadə vətəndaşlar 24 saatın bizə bəs etmədiyindən şikayət etdiyimiz halda, dahilər 25-ci saatı necə və hardan qazanıblrar?
Cavab çox sadədir. Çox işləməklə effektiv işləmək eyni anlama gəlmir. Teleqraf.com dahilərin zaman bölgüsü ilə bağlı maraqlı araşdırmanı təqdim edir.
Bu araşdırmanın nəticəsi hər kəsi mat qoyacaq qədər bəsit və maraqlıdır. Belə ki, onların hamısını bir xarakterik xüsusiyyət birləşdirir. Bizim 8-10 saatlıq iş rejmimizə qarşılıq onlar 2-5 saat arası işləyiblər.