25 May 2017 17:28
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı falçı Türkiyədə üç bacını aldadaraq 10 min lirəlik qızılını oğurlayıb.

Teleqraf.com türk mətbuatına istinadla xəbər verir ki, bacılar əvvəldən tanıdıqları 34 yaşlı Mazandarani S. adlı İran vətəndaşını fala baxmaq üçün evə çağırıblar.

Falçı qadın bacılara nəzər dəydiyini və onlardan qazan və qızıllarını gətirməsini istəyib. 3 bacı qazan və dəyəri 10 min lirə olan qızılları gətiriblər. Falçı qızılları qazanın içinə qoyub, qapağını bağlayıb və bacılara: “Mən evdən çıxana qədər qazandakı qızıllara əl vurmayın” deyə tənbehləyib.

Qadın bacıların diqqətsizliyindən istifadə edərək qızılları oğurlayıb, evdən qaçıb. Zinət əşyaları oğurlanan 3 bacı polisə müraciət edib. Artıq iranlı falçı yaxalanıb, amma ona qarşı səslənən iddiaları qəbul etməyini deyib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər