1 İyul 2017 02:45
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çox şey sizdən asılı deyil, özünüzü hadisələrin axarına buraxın. Yaşlı qohumlarınızla ünsiyyət üçün vaxt ayırın, onlarla söhbət ancaq xeyrinizə olacaq. Ailəvi istirahət üçün əla gündür. Yaxınlarınız iştirakı ilə bir məclis də düzəldə bilərsiniz.

Buğa - çox nahaq yerə təkcə özünüzə güvənirsiniz, sizə kömək etmək istəyən insanlar çoxdur. Təkliflərini rədd edərək onları incitməyin.

Əkizlər - xoşagəlməz bir insanla qarşılaşa bilərsiniz, hansısa bəd bir qüvvə həyatınıza pis təsir etməyə çalışacaq, var qüvvənizlə, bütün sərtliyinizlə ona qarşı mübarizə aparın, əks halda çox şey itirə bilərsiniz.

Xərçəng - sərrast və sayıq olun. Təfərrüatlara diqqət yetirin. Yaxınlarınızla ciddi fikir ayrılığınız olacaq. Öz səhvlərinizi boynunuza almayınca sülhə nail ola bilməyəcəksiz.

Şir - darıxdırıcı və mənasız hesab edərək yarımçıq qoyduğunuz işlərə dönmək lazımdır. İşlərin sahmana salınması üçün şansları itirməyiniz təəssüf doğurur, ancaq bunları yoluna qoymaq hələ də mümkündür.

Qız - nüfuzlu adamların himayəsini qazanmaq istəyirsinizsə, bunun üçün bir az çalışın. Güclü hisslər bəslədiyiniz insan sizə güvənmir. Elə bilməyin ki, hər şey öz-özünə düzələcək, məhz siz tədbir görməlisiniz.

Tərəzi - ətrafınızda yaşananları müşahidə edin. Detallara fikir verin. Yaşlı qohumlarınızla münaqişə gözlənilir. Çox əsəbi və narahatsınız, özünüzü ələ alın.

Əqrəb - bir çox işlərinizi kənara itələməli olacaqsız, bu isə itirəcəyiniz imkanların siyahısını genişləndirir. Boşuna pul xərcləməyin. Şəxsi problemlərinizin həllinə vaxt ayırın, heç nə öz-özünə düzəlmir. Yaşlı qohumlarınızın sevdiyiniz şəxslə münasibətlərinizə qarışmasına imkan verməyin.

Oxatan - öz problemlərini həll edə bilməyən adamların məsuliyyətini boynunuza götürməli olacaqsınız. Başqalarının qeydinə qalmaq sizə mənəvi rahatlıq verəcək.

Oğlaq - ailədə ciddi münaqişə gözlənilir, bunun əsl səbəbləri isə sizdən gizli qalacaq. Onları çözməyincə barışıq əldə etmək mümkün olmayacaq. Uşaqlara qarşı bu gün çox diqqətli olun, onların sizin mərhəmətinizə ehtiyacı var.

Dolça - işlərinizin prioritetini - hansının vacib, hansının boşuna olduğunu təyin etmək zamanıdır. Başqalarının layihələrində iştirak edirsiniz, amma cani-dildən çalışdığınızı söyləmək olmaz.

Balıqlar - mümkün olmayan arzular barədə fikirləşməyə dəyməz. Aktual məsələlərin həllinə yönəlin, kənar fikirləri uzaqlaşdırın. Ciddiliyiniz, işgüzarlığınız uğura aparacaq. Şəxsi həyatınızda ciddi dəyişiklik gözlənilir.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər