Bunu Teleqraf.com-a açıqlamasında Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, Xəyal Allahverdiyev ölən il Azəravtoyol ASC-də müqavilə əsasında fəhlə işləyib: “2 aya yaxındır o, bizim qurumda çalışmır. Həmin ərazidə onun həmkəndliləri işləyir. Dünən kəndlilərini görmək üçün iş gedən əraziyə gəlib, su içən zaman sürücü onu görməyib və texnikanı idarə edib.
Nəticədə asfalt beton örtüyünün çəkilişi zamanı texnikanın təkərləri altında qalaraq ölüb”.
Qeyd edək ki, "Sovetski" kimi tanınan ərazidə 1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlunun asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq öldüyü barədə məlumat yayılıb. Onun Azəravtoyol ASC-nin əməkdaşı olduğu bildirilirdi.
Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.