Teleqraf.com xəbər verir ki, 6-7 iyul tarixlərində keçiriləcək təlim insan haqları, gender problemləri, gender əsaslı zorakılıq və s. bu kimi mövzularda yazan jurnalistləri cinslərin doğum nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlandırmaq, medianın diqqətini son illər Azərbaycanda aktual olan bu mövzuya cəlb etməkdir. Təlimin ardınca iştirakçı jurnalistlər arasında “Ən yaxşı məqalə” müsabiqəsi təşkil olunacaq və müsabiqənin qalibləri mükafatlandırılacaq. İştirak etmək istəyən mətbuat nümayəndələrindən iyul ayının 3-ü, saat 18.00-a özləri və təmsil etdikləri KİV haqqında məlumatı [email protected] ünvanına göndərmələri xahiş olunur.