11 İyul 2017 16:08
2 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texniki baxışdan keçmiş avtomobillərin baxış müddəti bitməyibsə, alğı-satqı zamanı yenidən texniki baxışdan keçirilməsinə ehtiyac yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, maşınların alğı-satqı zamanı texniki baxışdan keçməsinə ehtiyac yoxdur:
“Mövcud qanunvericiliyə əsasən, texniki baxışdan keçmiş avto-nəqliyyat vasitələrinin baxış müddəti bitməyibsə, yenidən texniki baxışdan keçirilmir”.

“Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov da deyir ki, alğı-satqı zamanı maşın texniki baxışdan keçirilə bilməz:

“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə yeni edilən dəyişikliyə əsasən, əgər, avtomobil həmin günə kimi texniki baxışdan keçrilməyibsə, alğı-satqı zamanı nəqliyyat vasitəsi texniki baxışdan keçrilməlidir. Texniki baxışdan keçmiş avtomobilin baxış müddəti bitməyibsə, alğı-satqı zamanı yenidən texniki baxışdan keçirilməsinə heç bir ehtiyac yoxdur”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər