13 İyul 2017 21:45
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel sülh mükafatı laureatı Lyu Syaobo 61 yaşında vəfat edib.

Teleqraf.com “Röyter”ə istinadən xəbər verir ki, onun ölümünə qaraciyər xərçəngi səbəb olub. İyunun əvvəlində hüquq müdafiəçisinin səhhətinin qəfildən pisləşib. L.Syaobonun xəstəliyi ilə əlaqədar olaraq Çin hakimiyyəti iyunun əvvəlində onu həbsdən azad edib.

Qeyd edək ki, hüquq müdafiəçisi dövlətin konstitusiya quruluşunu dəyişdirməyə çağırış ittihamı ilə 2008-ci ildə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onu “Xartiya-2008” manifestini imzalamasından sonra tutublar. Həmin xartiyada o, Çində demokratik dəyişikliklər edilməsinə çağırış edib.

L.Syaobo Nobel sülh mükafatına 2010-cu ildə layiq görülüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər