18 İyul 2017 11:53
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum energetika naziri, “Şöhrət” ordenli əməkdar mühəndis Natiq Əliyevin qırx mərasimi iyulun 19-da Heydər məscidində keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

Qeyd edək ki, ürəyində problem yaranan Natiq Əliyev iyunun 3-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş, daha sonra müalicəsini Türkiyədə İstanbulun Şişli rayonunda yerləşən və kardioloji xidmətlər üzrə ixtisaslaşan “Florence Nightingale” xəstəxanasında davam etdirmişdi. İyunun 8-də vəziyyəti pisləşən Natiq Əliyev vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Natiq Əliyev 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti və Direktorlar Şurasının sədri olub. 2005-2013-cü illərdə sənaye və energetika naziri vəzifəsində işləyib. 22 oktyabr 2013-cü il tarixində energetika naziri vəzifəsinə təyin edilib və ömrünün son gününə qədər bu vəzifədə çalışıb.

N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. O, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən iqtisad elmlər doktoru olub. 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər