20 İyul 2017 18:43
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir gün ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2000-ə yaxın çağırış gəlir.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, gələn çağırışlar çeşidlənir “Həkimlər təcili yardım çağrışlarına daha tez gedirlər. Təxirəsalınmaz hallar isə yarım saat ərzində icra edilir. Bəzən olur ki, adi bir qızdırmaya görə, həkimi çağırırlar və ona təzyiq göstərirlər. Əslində qızdırmaya görə təcili yardım çağırılması düzgün deyil. Bu yaxınlarda sərxoş şəxs həkimə zor tətbiq edib, döyüb ki, hüquq-mühafizə orqanları gələn zaman arvadı ilə yaşanan problemləri ört-bast etsin. Bu cür hallarda hüquq-mühafizə orqanlarına müraciət edirik”.

Rauf Nağıyev təcili yardım həkimlərinin xəstədən pul alması məsələsinə də, münasibət bildirib.

Baş həkim bildirib ki, təcili yardımın ən intizamsız həkimi belə, gedib evdə kömək etdiyi şəxsdən pul istəməz “Çünki, bizə dərmanlar, nəqliyyat vasitəsi ayrılır. Maaşımız da digər tibb müəssisələrindən yüksəkdir. Rəhbərliyin də bu məsələyə reaksiyası kəskindir. İnsanlar sosial şəbəkələrdə təcili yardım həkimlərinin pul alması rəyləri yazmaqdansa, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Belə həkimlər cəzalandırılsın. Mən həkimlərimizin xəstələrdən pul istəmələrinə iananmıram”

Rauf Nağıyev qeyd edib ki, 6 ay ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 300 yaxın təşəkkür məktubları göndərilib “Hər zaman pisləmək omaz. Bunları da demək lazımdır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər