26 İyul 2017 21:11
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com