10 Avqust 2017 13:08
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sahil” metrostansiyası 1 il yox, 10 aylığa bağlanır. Bu, uzun müddətli bağlanma deyil. Nəzərə alaq ki, metrostansiya əsaslı təmir olunacaq.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteni QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, “Bakı Metropoliteni” işləri maksimum tez yekunlaşdırmağı planlaşdırılır: “Məsələ tək bizim qurumun fəaliyyəti ilə bağlı deyil. Çalışacağıq təmiri işlərini maksimum tez yekunlaşdıraq. Metroda olan 3 eskalator çıxarılacaq, əvəzinə yeni 4 eskalatoru quraşdırılacaq”.

Qeyd edək ki, Bakı Metropoliteni QSC "Sahil" stansiyasının avqustun 20-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacağı barədə məlumat yayıb. Bildirilir ki, qatarlar bu stansiyada dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcək.

Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.

QSC sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun "Sahil" stansiyasına yaxın olan "İçərişəhər" və "28 May" stansiyalarının xidmətindən istifadə etməyi məsləhət görür.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər