Moskvada keçirilən “ARMİYA-2017” Beynəlxalq Hərbi Forumda iştirak edən müdafiə sənayesi naziri Yavər Camalov avqustun 22-də Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.