6 Sentyabr 2017 14:20
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız- qış mövsümündə əhali arasında əsasən kəskin respirator infeksiyalar və qrip xəstəlikləri ən çox yayılır.

Teleqraf.com xəbər verir ki, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva deyib.

Onun sözlərinə görə, əhali poliklinika və xəstəxanalara əsasən, kəskin respirator infeksiyalarla müraciət edir. Bunların törədiciləri bakteriyalar, viruslar olur.

Baş terapevt bildirib ki, 1 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı insanlar kəskin respirator infeksiyalara daha tez tutulurlar: “ "Digər yaş kateqoriyasından olanlar isə kəskin respirator infeksiyalara nisbətən az tutulurlar.

Həmçinin tənəffüs sistemi xəstəlikləri olanlar, şəkərli dibaetlər arasında da kəskin respirator infeksiyalara yoluxmaya rast gəlinir. Hamilələr də ən çox risk qrupunda olanlardır. Xəstəlik qızdırmanın qalxması, əzələ ağrısı, ürək bulanma ilə müşayiət olunur və yüngül, orta ağır, ağır gedişli olur”.

Rəhilə Əliyeva qeyd edib ki, payız mövsümündə infeksion xəstəliklərdən qorunmaq üçün təmiz havada çox gəzmək, mövsümə uyğun geyimi dəyişmək və soyuq havada çox qalmamaq lazımdır: “Həmçinin əhalinin sıx toplaşdığı yerlərdə də mümkün qədər az olmaq lazımdır".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər