7 Sentyabr 2017 16:47
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lider televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyə Ələkbərqızına yeni vəzifə verilməsi haqda məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, aparıcı İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilib. Lamiyə bu gündən etibarən kanalda vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, L.Ələkbərqızı 22 ildir televiziya sahəsində çalışır. O, ilk addımlarını AzTV-də atıb və 11 il orada çalışdıqdan sonra Lider TV-də işə başlayıb. L.Ələkbərqızı Lider TV-də də 11 il çalışıb. O, həmçinin "Həyat tərzi" verilişinin müəllifi və aparıcısı olub.


Müəllif: Könül

Oxşar xəbərlər