Aşağı büdcəli aviaşirkətin (Buta Airways lou-kosteri) işə salınması ilə əlaqədar olaraq 2017-ci il oktyabrın sonundan etibarən Azərbaycan Hava Yollarının (AZAL) tariflərində bir sıra dəyişikliklər olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə AZAL-ın Feysbuk səhifəsində məlumat yerləşdirilib.
Məlumatda bildirilib ki, AZALJET aşağı büdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq ediləcək. Digər tariflər də mövcud olacaq ki, biz onları oktyabrın sonuna yaxın elan edəcəyik.
Qeyd edək ki, AZAL-ın bütün yeni tariflərinə əl yükü (10 kq) və təyyarə göyərtəsində tam çeşidli qidalanma (seçiminizə uyğun isti yemək, desertlər, salatlar, soyuq və isti içkilərin bütün növləri) daxil olacaq.