Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əl çantası və pencəyi rentgen nəzarət-yoxlama qurğusundan keçirilən zaman monitorda şübhəli predmetin təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu səbəbdən vətəndaşın əl çantasına və pencəyinə təkrar baxış keçirilib.
Vətəndaşın pencəyinin cibindəki metal saqqız qabının içərisində xalis çəkisi 29,386 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.