15 Sentyabr 2017 11:16
4 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda “Bilik günü”dür.

Teleqraf.com xəbər verir ki, bu gün bütün ölkədə yeni tədris ilinə start verilir. 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.

Bu il Azərbaycanın orta məktəblərinə bütün siniflər üzrə 1 445 049 şagird gedəcək. Yeni tədris ilində 164 945 şagird respublikanın ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq.

Bakıda övladı birinci sinifə gedənlər arasında xeyli sayda jurnalist də var.

Azəri-Press Agentliyinin iqtisadiyyat yazarı Aqşin Rafiqoğlu övladını birinci sinfə yola salan həmkarlarımızdandır. Onun qızı Zəhra “Tərəqqi” liseyində oxuyacaq. Aqşin qeyd edib ki, bir valideyn olaraq borcu xalq və dövlət üçün savadlı və bilikli övlad böyütməkdir.

“Həftə içi” qəzetinin və Hafta.az saytının əməkdaşı Naibə Qurbanova birinci sinfə övlad yola salmağın sevincini yaşayan jurnalistlərdəndir. Onun oğlu Sədi məktəbli olub. N.Qurbanova sosial şəbəkədə Sədinin dəcəlliyini nəzərdə tutaraq “Məktəb Sədiyə gəlib” yazıb.

<

Sosial şəbəkədə “Gülay məktəbli oldu, təbrik edirəm, qızım!” yazan həmkarımız – “Bizim Yol” qəzetinin əməkdaşı Rəşad Vaqifoğludur.

ANS Televiziyasının əməkdaşı olmuş, hazırda Azərxalça ASC-nin mətbuat katibi Ləman Əliəşrəfqızı qızı Nilufəri birinci sinfə aparıb. O, “Çiçək qız, BİRİNCİlərdən ol həmişə” qeydini paylaşıb.

“SalamNews” İnformasiya Agentliyinin keçmiş əməkdaşı, hazırda Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziyanın oğlu Ömər ilk dəfə məktəbə qədəm qoyan uşaqlardandır.

ANS Televiziyasının sabiq aparıcısı, tanınmış jurnalist Amil Hacıyev qızı Aişəni ilk dəfə birinci sinfə aparıb.

Sosial şəbəkədə “Söz verib ki, dərslərini əla oxuyacaq” qeydini paylaşan, bütün məktəbliləri təbrik edən daha bir həmkarımız oğlu Tərlanı birinci sinfə yola salan Axar.az saytının redaktoru Anar Əhmədovdur.

Axar.az saytının baş redaktoru Anar Niftəliyev də sevinclidir. Onun qızı İnci məktəbli olub. Baş redaktor sosial şəbəkədə qızının fotosu ilə birgə “İnci – Birinci” qeydini paylaşıb.

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi, fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynəb Kazımova oğlu Yusifi birinci sinfə aparmağın həyəcanını yaşayan həmkarlarımızdandır.

Oğlu birinci sinfə gedən tanınmış jurnalist Ağa Cəfərli isə sevincini belə bölüb: “Rəşad Cəfərli də birinci sinfə getdi. Necə deyərlər, mutluyuz, umudluyuz...”

Teleqraf.com saytının redaktoru Ruslan Xəlilin böyük övladı Toğrul birinci sinfə qədəm qoyub. R.Xəlilin bildirdiyinə görə, Kürdəmir rayonu Dəyirmanlı kənd məktəbində təhsil alacaq Toğrulun məktəb qorxusunun dəf edilməsində ona kiçik qardaşı yardımçı olub.

Missiya.az saytının baş redaktoru İdrak Camalbəylinin oğlu İslam ilk dərs gününün sevincini yaşayır. İslam valideynlərinə söz verib ki, dərslərini yaxşı oxuyacaq, böyüyəndə ən azı atası kimi jurnalist olacaq.

Müstəqil jurnalist Afaq Mirayiq birinci sinfə yola saldığı Ayçiçəyin simasında bütün məktəbliləri təbrik edib, onlara “Allah yolunuzu açıq etsin” söyləyib.

Fins.az saytının baş redaktoru Əli Əhmədov da bu gün məktəb qapısı döyən jurnalistlərdəndir. Baş redaktor oğlu Zülfüqarı birinci sinfə aparıb.

Şair, jurnalist Əvəz Qurbanlının oğlu Güntay da məktəbli olub. Jurnalist “Güntay da bu il birinci oldu. Söz verdi ki, oxumaqda da Nuray kimi həmişə birinci olacaq”, - deyə bildirib.

Yazıçı-jurnalist Çinarə Ömray oğlu Ramanı bu gün birinci sinfə aparmağın sevincini yaşayıb. O, oğlunun məktəb ilərini öz uşaqlıq illəri ilə müqayisə edərək qeydlər paylaşıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Rəvan Soltanov da məktəbli atası olub. Onun oğlu Harun Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu gün istifadəyə verilən Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə təhsil alacaq.

R.Soltanov Teleqraf.com-a açıqlamasında deyib: “Övladları birinci sinfə gedən bütün valideynleri, o cümlədən jurnalistləri təbrik edirəm. Bu gün üç övladımdan sonuncusu – oğlum Harunu birinci sinfə yola saldıq. Bu gün Prezident İlham Əliyev tərəfindən 20 saylı məktəb-lisey istifadəyə verildi. Gün o gün olsun, cənab Prezidentin iştirakı ilə belə məktəblər doğma Qarabağımızda istifadəyə verilsin”.

“Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev bu gün qızını ilk dəfə məktəbə aparıb. Balaca Yağmur Abşeron rayonundakı 2 saylı tam orta məktəbdə təhsil alacaq.

“Yeni Azərbaycan" qəzetinin əməkdaşı Aqşin Şahinoğlu da sevinən jurnalist ailələrindəndir. Onun bacısı qızı Əsmanur məktəbli olub. A.Şahinoğlu bu dərs ilində övladları məktəbə yeni qədəm qoyan, habelə dərslərini davam etdirən bütün valideynləri təbrik edib, uşaqlara firəvan gələcək arzulayıb: “Bizim Əsmanurumuz üçün də bu gün həyatda yeni bir başlanğıc oldu. Qədəmləriniz xoş olsun əziz birincilər”.

“Əli də bu il birinci sinfə getdi”. Bunu xoş xəbəri dostları ilə bölüşən isə "İstiqlal. az" saytının baş redaktoru Qadir İbrahimlidir. Q.İbrahimli övladı da daxil olmaqla birinci sinif şagirdlərini, eyni zamanda birinci kurs tələbələrini təbrik edib.

Övladı birinci sinfə gedən daha bir jurnalist Apasport.az saytının əməkdaşı Zaur Xudiyevdir. Jurnalist qızını məktəbə yola salıb.

Bu gün sevinən jurnalistlər arasında “Həftə içi” qəzetinin redaktoru Azad Əliyev də var. Onun da qızı məktəbli olub.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər