2017-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının 12,0 faizi ticarət müəssisələri, 53,1 faizi fərdi sahibkarlar tərəfindən, 34,9 faizi isə bazar və yarmarkalarda satılıb.
Dövlət Statistika Komitəsindən (DSK) Teleqraf.com-a verilən məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar üzrə 1,9 faiz, bazar və yarmarkalar üzrə 0,5 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.