30 Sentyabr 2017 15:02
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi müvafiq qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar: “2017-ci ilə olan rəsmi statistikaya əsasən, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin sayı 377,8 min nəfər təşkil edir.

Ötən dövrdə dövlət başçısının müvafiq fərman və sərəncamları, 2004-cü ildə təsdiq edilmiş “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”, 2006-cı ildə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” və digər sənədlər əsasında aparılan işlər, icra olunan mühüm sosial proqramlar ahıl vətəndaşların etibarlı sosial müdafiə sistemi ilə təmin olunmasına imkan verib”.

Məlumatda qeyd edilib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 329 275 nəfəri ahıl vətəndaşlardır: “Onlardan 201 838 nəfəri qadın, 127 437 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 208 611 nəfəri 70-80 yaş arası, 110 936 nəfəri 80-90 yaş arası, 9 728 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Ümumilikdə hazırda ahıl vətəndaşların 87,1 faizi əmək pensiyası ilə təmin olunur, əmək pensiyası hüququ olmayan ahıl şəxslərə isə yaşa görə aylıq sosial müavinət ödənilir.

Ümumilikdə, ölkəmizdə əmək pensiyaçılarının sayı 1 iyul 2017-ci il tarixinə 1 milyon 325 min nəfər təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alır”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər