1 Noyabr 2017 19:44
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun sabaha planlaşdırılan vida və dəfn mərasimi təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Publika.az"a Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib:

“Sənədləşdirmə işlərində problem olduğu üçün cənazə sabah 09:00-da Bakıya göndəriləcək, saat 17:00-da da Bakıya çatacaq. Biz sabah hava limanında cənazəni qarşılayacağıq. Qalan dəfn və vida mərasimi eyni vaxtda olmaqla, cümə gününə keçiriləcək”

Qeyd edək ki, vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər