Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və Məkan” adlı qısametrajlı sənədli filmlər üzrə ssenari müsabiqəsi başa çatıb.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Teleqraf.com-a bildirib ki, müsabiqəyə 50-dən yuxarı sənədli film ssenarisi təqdim edilib.
Ssenarilər artıq İttifaq tərəfindən elan olunan əsas juri heyətinə verilib. Əvvəlcədən adları gizli saxlanılan jurilər bütün ssenariləri qiymətləndirdikdən sonra qaliblərin adları açıqlanacaq.
İlin sonuna qədər elan olunmuş müsabiqə ilə bağlı qiymətləndirmələr, qaliblərin adlarının açıqlanması və bunlarla bağlı bütün tədbirlər yekunlaşacaq.