Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofs Bakıya gələcək.
Bu barədə Modern.az-a Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə bildirib.
Onun sözlərinə görə, Sandra Rulofs dekabrın 9-da Bakıya gələcək. Səfər çərçivəsində Sandra Rulofs ilk olaraq Fəxri Xiyabanı ziyarət edəcək.
Dekabrın 10-da isə Saakaşvilinin xanımının Bakıda "Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatı keçiriləcək.
Kitabı Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.