İqtisadiyyat naziri Şahin Mustafayev sabah Beyləqanda Beyləqan, Füzuli, İmişli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin elektron poçt ünvanına yaza, şəhər və mobil telefonlarına, nazirliyin 195-2 Çağrı Mərkəzinə zəng edə, həmçinin Aran regional bölməsinə müraciət ünvanlaya bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və Feysbuk səhifələrində xüsusi olaraq yaradılan “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.