4 Yanvar 2018 09:14
1 823
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pfleqe” (qulluq, baxma) sözü - Almaniyanın rusdilli sakinlərinin leksikonunda möhkəm kök salmış alman terminlərindən biridir. Onlar qocalıqda və ya zəifliklə əlaqədar qulluq göstərilməsinə ehtiyac yaranacağı hal üçün icbari sığorta sistemini belə adlandırırlar. Bu cür xidmətlər göstərən firma da pfleqe adlanır.

Bu sığorta fonduna aylıq ayırmaların həcmi məvacibin iki faizindən bir qədər çoxdur. Lakin Almaniyada işləyən əhalinin sayının 43 milyondan çox olmasını nəzərə alsaq, bu sistemdə dövr edən məbləğ çox böyükdür. Pul çox olan yerdə isə cəmiyyətin hesabına varlanmağı arzu edənlər də çox olur. Cinayət işləri üzrə Federal İdarənin (BKA) məlumatına görə, onların arasında keçmiş SSRİ-dən, xüsusilə Ermənistandan gəlmələr çoxdur.

Hazırda Almaniyada qocalara qulluq üzrə 14 mindən çox, təkcə Berlində - təxminən 600 firma mövcuddur. Almaniyada rusdilli miqrantların sayı get-gedə çoxalır. Təbii ki, bu insanlar da qocalır və deməli, qulluğa ehtiyac duyurlar. Ekspertlər bu sahədə fırıldağa meylin artmasını keçmiş sovet vətəndaşlarının sosiallaşmasının spesifik xüsusiyyətləri ilə izah edirlər. Çünki konkret insanın pulunu oğurlamaqdansa, ictimai “sahibsiz” kassadakı sərvətin “artıq” hissəsini götürmək daha asandır.

Almaniyada öz pfleqesini açmaq üçün böyük ağıl və xüsusi təhsil lazım deyil. Qanunda göstərilmiş işçilər tapmaq daha mürəkkəb məsələdir. Qulluq göstərmək üzrə yarım illik köməkçi kursları bitirmiş insanları hələ tapmaq olar.

Amma ən vacibi - müştərilər lazımdır. Düzdür, Almaniya əhalisi qocalır, amma onlara qulluq etmək, daha doğrusu, onların hesabına pul qazanmaq istəyənlərin hamısı üçün zəif qocalar tapmaq çətinləşir. Buna görə firmalar bəzən bayağı üsullarla belə qocaları tovlayıb bir-birinin əlindən alırlar. Qoca nənə (və ya onun qəyyumu) ona qulluq göstərilməsinə dair müqaviləni imzalayır və bunun cavabında firmadan “kompliment” alır.

Bir neçə ay ərzində araşdırma aparmış BKA müəyyən edib ki, Ermənistandan gəlmələr və çoxsaylı pensiyaçılar qulluq göstərilməsinə ehtiyac olması barədə saxta müqavilə bağlayaraq pfleqedən pul alır, lakin onun xidmətlərindən istifadə etmirlər. Firma saxta protokollar üzrə ödəniş almaq üçün onları sığorta kassasına təqdim edirdi.

“Berliner Zeitung” qəzetində belə hadisələrdən biri haqqında dərc edilmiş məqalədə göstərilir ki, Berlindəki “Herz & Seele GmbH” firması Ermənistandan gəlmiş bir ahıl insana qulluq göstərilməsi üçün sığorta kassasından hər ay 900 avrodan 1400 avroya qədər pul alırdı. Nəzarətçilər həmin qocanın evinə gələndə hava isti olmasına baxmayaraq, əlil arabasında laqeyd halda oturmuş, başına isti papaq qoymuş qoca əlindəki fincanı yerə salıb sındırır. O, çətinliklə və yalnız rusca danışırdı, hərçənd bu adam əvvəllər Almaniya xəstəxanalarında həkim işləyib.

Simulyant qocanın fırıldağı yalnız onun yerli seçkilərdə öz namizədliyini irəli sürmək qərarından sonra ifşa edilib. Namizəd tribunada əminliklə dayanır və almanca əla danışırdı.

Zərərin ümumi həcmi 6,8 milyon avro olub. Firma bağlanıb. Yeri gəlmişkən, paytaxt senatının məlumatına görə, Ermənistandan gəlmələr arasında “qulluğa ehtiyac duyulması” Berlinin bütün başqa sakinləri ilə müqayisədə yeddi dəfə tez-tez qeydə alınır.

Bir sözlə, türklər Almaniya xəzinəsinin xeyrinə dayanmadan işlədiyi halda, ermənilər alman vergi ödəyicisini “sağır”, bundestaq isə həmin ermənilərə uydurma “soyqırımı”nın tanınması haqqında qətnaməni hədiyyə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər