Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən gördüyü tədbirlər nəticəsində 2017-ci ildə işəgötürənlər tərəfindən 103 min 334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, həmin vəsaitin 91,6 faizini əmək haqları, 5,5 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib.
Vətəndaş müraciətlərinin araşdırılması zamanı qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunan 12 nəfər vətəndaşın hüquqları bərpa olunaraq, onlar yenidən əvvəkli iş yerlərinə bərpa etdiriliblər.