Bakının Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilib.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb.
Evdə aşkarlanan 1964-cü il təvəllüdlü Sivuşkin Dmitriy Gennadiyeviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.