23 Yanvar 2018 12:14
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər uşaq xəstəxanasında qalan 4 aylıq körpə Bakı şəhərindəki körpələr evlərindən birinə yerləşdiriləcək.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər uşaq xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, hazırda uşaq sağlamdır: "Uşaq yeni doğulmuşun neonatal sarılıq və bətndaxili infeksiya diaqnozu ilə xəstxanaya yerləşdirilib. O, 5 günlük olan zaman nənəsi xəstəxanaya gətirib, reanimasiya yerləşdirilib. Daha sonra valideynlərindən kimsə uşağın ardınca gəlməyib.

Hazırda uşağın qidalanması normaldır. Tibbi xidmətlər təşkil olunub".

Xəstəxanadan qeyd edilib ki, uşağın Bakıdakı müəyyən edilmiş köpələr evinin birinə köçürülməsi üçün müvafiq orqanların qərarı gözlənir.

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib ki, Sumqayıt şəhər uşaq xəstəxanasına atılan körpənin valieynləri hələ də tapılmayıb: "V alideynlərin tapılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib".


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər