Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq.
Teleqraf.com xəbər verir ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.
Fevralın 1-dən orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.
Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.