2 Fevral 2018 20:20
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 Fevral Gənclər günü ilə bağlı "Buta Palace"da tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev və digər rəsmilər iştirak edib.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət dəstəyinin göstərilməsi sahəsində yeni formatlar tətbiq edilir:
Bugünkü gənclər vətənpərvər, təhsilə meyilli, milli-mənəvi, mədəni köklərinə bağlı, cəmiyyətin sosial məsələlərinə diqqətli və təşəbbüskardılar. Gənclərin ictimai təşəbbüskarlığı, iştirakçılığı, təşkilatlanması məsələləri də əsas məqsədlərdəndir".

Azad Rəhimov bildirib ki, bu il ictimai hadisələrlə zəngindir: "Bildiyimiz kimi, Bakı 2025-ci ildə EKSPO sərgisinin keçirilməsi üçün 3 namizəd şəhərdən biridir. Bugünkü tədbirdə də məhz Ekspo 2025 üçün gənclər arasında esse müsabiqəsinin başlanğıcını elan edirik".

Nazir bu il Azərbaycanda prezident seçkilərinsə ölkə gənclərinin Prezident İlham Əliyevə yekdilliklə səs verəcəklərinə əminliyini ifadə edib.

Daha sonra ölkənin ictimai siyasi həyatında fərqlənən gənclərə prezident mükafatları təqdim olunub.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər