5 Fevral 2018 13:45
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə 18 rayonda çöl geodeziya ölçmə işləri yekunlaşıb. Bunlardan 14 rayonda torpaqların kadastr uçotu işləri tamamlanıb.

Bu barədə Teleqraf.com-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Torpaq uçotu bitmiş rayonlardan ötən il ərzində 13 rayonun hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. Sumqayıt, Gəncə şəhərlərinin hüdudları daxilindəki bələdiyyələr üzrə xəritələr artıq tərtib edilib. Bakı şəhəri üzrə 53 bələdiyyə xəritəsinin, Şirvan, Naftalan, Mingəçevir şəhərlərinin bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşıb.

Təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq.

Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında Azərkosmos ASC-in kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur.

850 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı, 770 min hektara yaxın ərazidə çöl geobotaniki tədqiqat işləri aparılıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər