16 Fevral 2018 15:36
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:27

Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, maliyyələşməni Maliyyə Nazirliyi həyata keçirməlidir.

Sakinlərə hansı məbləğdə maliyyə vəsaitinin ayrıldığı hələ məlum deyil.

Xatırladaq ki, yanvar ayının son ongünlüyündən etibarən Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik başlayıb. Sürüşmə hələ də aktiv fazadadır və davam edir. Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail RİH ərazidən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə), yəni 390 nəfər ailə üzvü köçürüb. Fevral ayının 10-da ərazidəki növbəti sürüşmə nəticəsində 4 ev dağılıb. Hazırda təhlükə səbəbindən əraziyə heç kim buraxılmır. Səbail RİH kirayə pulu verilməsi üçün ərazidə evi olan sakinləri siyahıya alınıb.

***

11:09

Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi rəsmən təsdiqlənib.

NK-nın mətbuat xidmətinin rəhbəri Akif Əli a açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rəsizadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.

***

Bayıl yaşayış massivində baş vermiş sürüşmə hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb. Sərəncama əsasən, Bayıl yamacında sürüşmə təhlükəsi olan ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb.

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov bildirib ki, həmin vəsaitin bank vasitəsilə ailələrə ödənilməsinin təmin olunması Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb: "Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 98 ailənin sənədləri araşdırılıb. Həmin evlərin sürüşmə təhlükəsi olan ərazidə olması Səbail Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlarının keçirdiyi yoxlamalar nəticəsində məlum olub".

İ.Kərimov vurğulayıb ki, sərəncamla fevralın 10-da ərazidə baş verən sürüşmə nəticəsində tam dağılmış 4 fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablanıb Nazirlər Kabinetinə təqdim olunması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb: "Araşdırma nəticəsində məlum olub ki, torpaq altında qalan 4 ev 1990-cı illərdə tikilən qeyri-qanuni, heç bir sənədi olmayan evlərdir. Buna baxmayaraq, dövlətimiz vətəndaşların mənafelərini hər şeydən üstün tutaraq burada yaşayan vətəndaşların da kirayə mənzillərə köçməsi üçün vəsaitlə təmin olunmasına qərar verib"./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər